Futbolçumuz "Spartak"la müqavilə bağladı
16 Yanvar 2011 Bazar 01:35
Emin Mahmudov artıq yeni klubu ilə məşqlərə başlayıb
18 yaşlı azərbaycanlı yarımmüdafiəçi Emin Mahmudov Rusiyanın “Saturn” klubundan “Spartak”a keçidini rəsmiləşdirib. O, qırmızı-ağlarla müqavilə imzalayıb. Futbolçu artıq Türkiyədə təlim-məşq toplanışında olan “Spartak”ın heyətində məşqlərə başlayıb.

Emin Mahmudov “Saturn”un heyətində 22 oyuna çızıb və 1 qol vurub. Bundan başqa, o, dəfələrlə Rusiyanın gənclərdən ibarət yığmasına çağırılıb və millinin şeyətində ötən il Qranatkin turnirinin bombardiri olub.

Rusiya vətəndaşı olan Emin Mahmudov 1992-ci ildə Azərbaycanın Saatlı rayonunda anadan olub. Sonradan ailəsi ilə birlikdə Rusiyaya köçən Emin futbol həyatına “Saturn”un uşaq komandası olan “Master-Saturn”da başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar