Futbolçumuz İlqar Qurbanov Türkiyəyə yollana bilər
    24 Yanvar 2010 Bazar 19:05
    İlqar Qurbanov yenidən qardaş ölkədən təklif alıb
    
                	 
    
         Türkiyənin Bank Asiya 1-ci liqasında çıxış edən həmyerlilərimizin sayı arta bilər. Türkiyədə "Fənərbaxça", "Sivasspor" və "Boluspor" kimi klubların formasını geyinən İlqar Qurbanov yenidən qardaş ölkədən təklif alıb.
 Qurbanovun xidmətində Bank Asiya 1-ci liqasının iki klubu maraqlıdır. Həmin klubların adları açıqlanmasa da, onlardan birinin Superliqaya çıxmaq iddiasında olduğu deyilir.
 
 Məlumata görə, türk klubları artıq "Olimpik-Şüvlən"la danışıqlara başlayıb. Klublar arasında anlaşma əldə olunsa, İlqar qısa fasilədən sonra yenidən Türkiyə çempionatında oynayacaq.
 
 Qeyd edək ki, hazırda Türkiyənin 1-ci liqasında iki azərbaycanlı futbolçu çıxış edir. Onlardan biri - qapıçı Vitali Kovalyov "Kartalspor"un, digəri - Anatoli Ponomaryov isə "Orduspor"un formasını geyinir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: