Futbolçumuz Andrey Popoviç Almaniya klubunda debüt etdi
11 May 2011 Çərşənbə 14:55
Andrey Popoviç “Fortuna” klubunun çərçivəsini qoruyub.
Azərbaycan yığmasının qapıçısı Andrey Popoviç Almaniyanın "Fortuna" klubunda debüt edib. ANS PRESS-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Abşeron" klubunda çıxış edən və Almaniya klubunda baxışda olan qolkiper 4-cü liqada mübarizə aparan "TuS Qrevenbroiç" klubunun 100 illik yubileyinə həsr olunan yoldaşlıq oyununda start heyətində meydana çıxıb.

Futbolçumuz görüşü əvəzedilmədən oynayıb. Qarşılaşmaya gəlincə isə “Fortuna” rəqibini 2:1 hesabı ilə məğlub edib. Qolkiperin “Fortuna” ilə rəsmi müqavilə imzalayıb-imzalamayacağına yaxın günlərdə aydınlıq gələcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar