Futbolçuların seks qalmaqalı doğru çıxdı
    11 Dekabr 2009 Cümə 18:10
    Kristof Daum mətbuatda yayılan şayiələri təsdiq etdi
    
                	 
    
         Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçisi Kristof Daum komandasının bəzi oyunçularının seks qalmaqalında iştirakını təsdiq edib. 
“Mən təəssüflə qeyd etməliyəm ki, “Fənərbaxça”nın futbolçuları haqqında deyilənlər doğrudur. Mətbuatda yayılanlar həqiqət imiş”-deyə Daum bildirib. 
Xatırladaq ki, Türkiyə mətbuatı “Fənərbaxça” futbolçuları Kolin Kazım, Vederson, Bilika və Santosun İstanbul otellərindən birində seks-parti təşkil etdikləri barədə məlumat yaymışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: