Futbolçuların hamısı millidən qovuldu
19 Noyabr 2009 Cümə Axşamı 20:00
Qanada futbol tarixinin ən ağır cəza üsulundan istifadə edilib
Qanada futbol tarixinin ən ağır cəza üsulundan istifadə edilib. Ölkənin idman naziri Fodeba İsto Keyra əvvəlcə yığmanın baş məşqçisi Mamadi Souare və köməkçilərini, daha sonra isə bütün futbolçuları komandadan qovub.

Nazir bu addımı Qana yığmasının Dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilmədiyinə görə atıb. O, əvvəlcə baş məşqçi və köməkçilərini qovub. Lakin bununla ürəyi soyumayan nazir futbolçulara da qapını göstərib.

Qeyd edək ki, Qana yığması DÇ-2010-un seçmə qrup mərhələsi çərçivəsində 6 oyuna 3 xal toplayıb.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar