Futbolçularımızın yeni antirekordu
26 Avqust 2010 Cümə Axşamı 10:55
Qadınlardan ibarət yığmamız Dünya çempionatının seçmə mərhələsini başa vurub.
Qadınlardan ibarət milli komandamızın Dünya çempionatının seçmə mərhələsindəki biabırçı çıxışına nəhayət ki, son qoyulub. AFFA-dan verilən məlumata görə, futbol yığmamız qrup mərhələsinin son oyununda Çexiya yığmasına 0:8 hesabı ilə uduzub.

Qadınlardan ibarət yığmamız seçmə mərhələ oyunlarında 4 xal yığmağa müvəffəq olub. Komandamız keçirdiyi 8 qarşılaşmada qapısında 60 qol görüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar