Futbolçularımız Türkiyə çempionatında oynadılar
21 Avqust 2010 Şənbə 10:10
“Mersin İdman Yurdu” ilk oyunda xal qazanıb.
Dünən Türkiyənin aşağı dəstəsi sayılan Bank Asya I Liqasının 2010-2011 mövsümünün açılış matçı keçirilib. I Liqanın ilk oyununda “Adanaspor” və “Mersin İdman Yurdu” klubları üz-üzə gəlib.

Qonaq komandanın heyətində vaxtilə futbol üzrə yığma komandamızın şərəfini qoruyan futbolçular da iştirak edib. Ernani Pereyra və İlqar Qurbanov ilk dəqiqələrdən meydanda mübarizə aparıb. Ernani Pereyra 90 dəqiqə meydanda mübarizə aparsa da, İlqar Qurbanov oyunun gedişində baş məşqçi tərəfindən əvəzlənib.

Matça gəlincə isə yekunda tərəflərdən heç biri fərqlənə bilməyib- 0:0. Bu heç-heçə ilə futbolçularımızın şərəfini qoruduğu “Mersin İdman Yurdu” aktivinə 1 xal yazdırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar