Futbolçularımız III yer uğrunda mübarizə aparacaq
15 İyun 2011 Çərşənbə 10:39
17 yaşadək futbolçularımız Caspian Cup-ın medallarına iddialıdırlar.
Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Caspian Cup beynəlxalq turnirində finalçılar və III yer uğrunda mübarizə aparacaq komandaların adına aydınlıq gəlib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan yığma komandası III yer uğrunda mübarizə aparacaq.

Futbolçular qrup mərhələsinin son oyununda Türkiyə seçmə komandasına 2:4 hesabı ilə məğlub olaraq finalda oynamaq şansını qaçırıb. III yer uğrunda görüşdə millimiz Gürcüstan seçmə komandası ilə qarşılaşacaq. Yarışın son turunun təqvimini nəzərinizə çatdırırıq:

Saat 10:00. 7-ci yer uğrunda oyun
Şağan Olimpiya İdman Kompleksi
Qırğızıstan – Tacikistan

Saat 10:00. 5-ci yer uğrunda oyun
«Dalğa Arena»
Özbəkistan – Qazaxıstan

Saat 17:00. 3-cü yer uğrunda oyun
«Dalğa Arena»
Azərbaycan – Gürcüstan

Saat 19:30. Final
«Dalğa Arena»
Türkiyə – İspaniya

Saat 21:15. Bağlanış mərasimi
«Dalğa Arena»

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar