Futbolçularımız çexləri darmadağın etdi
02 İyul 2010 Cümə 23:35
Çimərlik millimiz Avro Liqaya qələbə ilə başladı.
İtaliyanın Liqnano şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa Liqasının seçmə mərhələ oyunlarına Azərbaycan milli komandası qələbə ilə start verib. Bu gün Çexiya yığması ilə qarşılaşan millimiz 5:4 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Elşad Quliyev, Elvin Quliyev, Zeynal Zeynalov, İlham Əzizzadə və Müslüm Hüseynov vurub.

Avropa Liqasının seçmə mərhələsində millimiz növbəti oyununu iyulun 4-də, Bakı vaxtı ilə saat 18:00-da keçirəcək. Komandamızın rəqibi Hollandiya yığması olacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar