Futbolçularımız bayramda futbol oynamaqdan imtina etdilər
27 Fevral 2010 Şənbə 13:25
“Olimpik-Şüvəlan” “Simurq”la oyunun təxirə salınmasını istəyir
“Olimpik-Şüvəlan” futbol klubu Peşəkar Futbol Liqasına (PFL) məktub göndərərək təqvimdə dəyişikliyin edilməsini xahiş edib.
Məktubda deyilir: "“Unibank Premyer Liqası”nın XXIV turunun oyunlarının xalqımızın milli bayramı – Novruz bayramına təsadüf etməsi ilə əlaqədar “Olimpik-Şüvəlan” PFK-nın məşqçi və futbolçu heyəti klub rəhbərliyinə müraciət edib. Həmin müraciətdə onlar milli bayramı ailə üzvləri ilə birlikdə qeyd etmək arzusunu əsas tutaraq XXIV turun “Simurq”-“Olimpik-Şüvəlan” oyununun bir qədər gec tarixdə keçirilməsi haqda PFL qarşısında məsələ qaldırmağı bizdən xahiş ediblər. Yuxarıda deyilənləri nəzərə alaraq Sizdən xahiş edirik ki, XXIV turun “Simurq”-“Olimpik-Şüvəlan” oyununun 23.03.2010-cu il tarixdə keçirilməsini məsələsinə baxıb müvafiq qərar çıxarasınız".
PFL-in bu məsələ ilə bağlı hansı qərar qəbul edəcəyi maraqla gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: