Futbolçular üçün qız təşkil edən şəbəkə ifşa olunub
13 Yanvar 2011 Cümə Axşamı 21:45
20 yaşlı model "Beşiktaş"ın əfsanəvi futbolçusunun sifarişi ilə otelə getdiyini etiraf edib.
Zəngin iş adamları və futbolçular üçün məşhur manekenlər təşkil edən şəbəkə polisin uzun sürən təqibindən sonra ifşa olunub. Şəbəkənin rəhbərlərindən olan Dinçer D.-nin təşkilatçılığı ilə fahişəlik etdiyini deyən 20 yaşlı model G.M.U “Beşiktaş”ın əfsanəvi futbolçusu ilə oteldə birlikdə olduğunu etiraf edib. Türkiyənin “Vatan” qəzetinin yaydığı məlumata görə, G.M.U polisə verdiyi ilkin ifadəsində Dinçer D.-nin təkidi ilə fahişəlik etdiyini təsdiqləyib. O qeyd edib ki, litseyi tərk edərək modellik etməyə başlayıb. Həmin ərəfədə də Dinçer D. ilə tanış olub. Dinçer onu fahişəlik etməyə razı salıb. 20 yaşlı modelin ilk müştərisi isə məhşur bir futbolçu olub.

“2010-cu ilin yanvar ayında Dinçer D. mənə zəng edərək “Polat Tower”də “Beşiktaş”ın əfsanəvi futbolçusunun məni gözlədiyini dedi. O, mənə həmin futbolçunun onun daimi müştərisi olduğunu və nə istəsə etməyimi əmr etdi. Dedi ki, futbolçu mənə 600 türk lirəsi verəcək. Taksi aşağıda gözləsin, 10 dəqiqəyə işi bitəcək. Sonra gedərsən evə. Mən də otelə getdim. Çox məşhur, keçmiş futbolçu idi. Münasibətlərimiz 1-2 dəqiqə çəkdi. Sonra taksi ilə evə qayıtdım. Futbolçudan aldığım pulun 200 lirəsini Dinçer D.yə göndərdim”, - deyə model öz ifadəsində qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar