Futbolçular meydana hicabla çıxdı
25 Avqust 2010 Çərşənbə 17:35
İran yığması bütün dünyanı təəccübləndirib.
Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına qatılan İranın 15 yaşlı qızlardan ibarət yığma komandası bütün dünyanı təəccübləndirib. İran millisi meydana İslam adət-ənənələrinə uyğun geyimdə çıxıb.
Türkiyə yığması ilə qarşılaşmada iranlı qızlar başlarını bağlamaqla yanaşı, qolu uzun maykalar geyinib, əl və ayaqları görünməyib.
İran yığmasının fotolarını yayımlayan Braziliya mətbuatı olayı belə təsvir edib: "Türkiyə ilə oyunda iranlı qızların görüntüləri futbolun önünə keçdi. Onlar ölkələrinin İslam qaydalarına görə saçları və ayaqları görülməyəcək şəkildə meydana çıxmışdı. Hətta bir epizodda iranlı futbolçunun hava mübarizəsi zamanı başı açılınca komanda yoldaşları həmən dəqiqə yardım etmək üçün onun yanına qaçıb, başını bağladılar". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: