Barselonaya yağan qar futbolçuları bir araya gətirdi.
Top dalınca qaçan “Barselona”nın futbolçuları bu dəfə qartopu oynayıblar. İspaniyanın şimalında yağan qar “Barselona”nın oyunçularını həvsləndirib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, müdafiəçi Dani Alves, qapıçı Xose Manuel Pinto qartopu oynayıblar. Bu barədə oyunçular öz “Twitter” səhifələrində paylaşıb və şəkillərini yerləşdiriblər.
“Barselonaya qar yağıb. Tezliklə Nou Kampa çatmaq və Seska Fabreqasa qartopu vurmaq istəyirəm”- deyə məşhur futbolçu Pike öz “Twitter" səhifəsinə qeyd edib.