Futbolçu vəfat etdi
10 Mart 2010 Çərşənbə 16:35
Futbolçu vəfat etdi. Hadisə Qanada baş verib.
Bir həftə ərzində ikinci futbolçu vəfat edib. Qana Futbol Federasiyasının rəsmi saytında yer alan məlumata görə, bir neçə gün öncə Sudanın "Əl-Amal" klubunda çıxış edən Enduransu İdahorın ardınca növbəti ölüm faktı Qana Premyer Liqasında qeydə alınıb.

Qana Premyer Liqasında çıxış edən "Kessben" klubunun şərəfini qoruyan Batholomev Yeboah komandasının "Liberti Professionals"la oyununda qəfildən yerə yıxılıb. "Kessben"in 0:4 hesabı ilə yenildiyi oyunun gedişində xəstəxanaya çatdırılan futbolçunun səhhəti bazar ertəsi normallaşsa da, dünən qəfildən pisləşib və o, vəfat edib.

Qana Futbol Federasiyası və "Kessben" klubu mərhumun ailəsinə başsağlığı verib. Premyer Liqa rəhbərliyi növbəti turun Yeboaha həsr olunması barədə qərar qəbul edib. Qərara əsasən bütün qarşılaşmalar bir dəqiqəlik sükutla başlayacaq və futbolçular meydana qara sarğı ilə çıxacaq. anspress



DOSTLARINLA PAYLAŞ:

oyunlar