Futbolçu Samir Nesri jurnalistlerden üzr istedi
13 Avqust 2013 Çərşənbə Axşamı 22:49
Samir Nesri: Hamıdan üzr isteyirem.
Fransa millisinə yenidən dəvət alan Samir Nəsri keşmişdən dərs aldığını bildirirək üzr istəyib. “Mançester Siti”li futbolçu Fransa millisinin Belçika ilə hazırlıq oyununda meydana çıxa bilər.

ANS PRESS-in Goal.com-a istinadən xəbər verir ki, Samir Nəsri jurnalistlərə açıqlamasında etdiyi hərəkəti bir daha təkrarlamayacağına söz verib: “Hamıdan üzr istəyirəm. O zaman peşəkar futbolçu kimi davranmadım. Bu bir daha təkrar olmayacaq. Artıq gələcəyi düşünmək lazımdır. Mən kimsəni öldürmədim. 2010-cü il Dünya Çempionatında bundan böyük hadisələr olmuşdu. Mənə ikinci dəfə şans verildiyi üçün çox sevincliyəm”.

Qeyd edək ki, Samir Nəsri son Avropa çempionatında komandasının İspaniyaya 2-0 hesabı ilə məğlub olduqları qarşılaşmanın ardından bir jurnalistlə yaşadığı qalmaqal sonrası Fransa Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalandırılmışdı. Ondan sonra milli komandaya dəvət almamışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar