Futbolçu qol sevincindən öldü
14 Dekabr 2009 Bazar Ertəsi 10:50
Həkimlər 16 yaşlı Dieqo Rivieranın həyatını xilas edə bilməyiblər
İtaliyanın Milan şəhəri yaxınlığında yerləşən Monte Kremasko qəsəbəsinin “Polisportiva Monte” komandasının 16 yaşlı futbolçusu Dieqo Riviera oyun zamanı vəfat edib.
Matç zamanı karyerasında ilk qola imza atan futbolçu dərhal sonra huşunu itirib.
Dieqo Riviera təcili xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Müayinədən sonra Rivieranın həyəcan nəticəsində infarkt keçirdiyi müəyyən edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar