Futbolçu qızlarımız da Soçiyə gedəcək
08 Fevral 2014 Şənbə 04:10
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının iştirak edəcəyi turnirdə 12 komanda mübarizə aparacaq.
Martın 19-dan 31-dək Rusiyanın Soçi şəhərində "Kuban baharı-2014" turniri keçiriləcək.

ANS PRESS-in AFFA-ya istinadən məlumatına görə, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının iştirak edəcəyi turnirdə 12 komanda mübarizə aparacaq.

B qrupunda yer alan yığmamızın rəqibləri İsrail, Rusiya və Rumıniya komandaları olacaq.

Azərbaycan yığmasının oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

20 mart
İsrail - Azərbaycan

22 mart
Rusiya - Azərbaycan

24 mart
Rumıniya - Azərbaycan




DOSTLARINLA PAYLAŞ:

oyunlar