Futbolçu özünü asdı
23 Noyabr 2010 Çərşənbə Axşamı 12:20
Vladislav Piskunun həyatı çətinliklə xilas edilib
Bir neçə gün bundan əvvəl şəxsi avtomobili ilə ana və iki övladını vuran futbolçu Vladislav Piskun intihara cəhd edib. 21 yaşlı futbolçu saxlanıldığı müvəqqəti saxlama təcridxanasında özünü asmağa cəhd edib.

Təcridxanadan “RİA Novosti” agentliyinə verilən məlumata görə, futbolçu son anda ölümdən xilas edilib. Bundan sonra “Sevastopol” klubunun futbolçusunun üzərində sutkalıq nəzarət qoyulub.

Xatırladaq ki, noyabrın 21-də Vladimir Piskun öz şəxsi avtomobili ilə Sevastopol şəhərinin mərkəzi küçələrindən birində səkiyə çıxaraq 26 yaşlı qadın və onun beş, iki yaşında olan iki övladını vurmuşdu. Zərərçəkənlər hadisə yerində keçinmişdilər. Bundan başqa Piskunun avtomobilində olan hamilə qadın da dünyasını dəyişmişdi. Həlak olan uşaqların atası və hadisə şahidləri futbolçunu boğaraq öldürmək istəyiblər. Hadisə yerinə gələn Dövlət Avtomobil Müfəttişliyi əməkdaşları Vladislav Piskunu qəzəblənmiş kütlənin əlindən güclə ala bilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar