Futbolçu matçda öldü
28 Avqust 2013 Çərşənbə 11:08
Ektor Sanabriya oyunun 29-cu dəqiqəsində qəfildən özündən gedib.
Argentinalı futbolçu stadionda dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı Ektor Sanabriyanın oynadığı "Laferrere" klubu öz saytında yerləşdirib.
Məlumata görə, futbolçu öz ad günü ərəfəsində ölüb. Belə ki, o sabah 28 yaşını qeyd etməyə hazırlaşırmış.
Sanabriya “Xeneral Lamadrid"lə görüşün 29-cu dəqiqiəsində stadionda huşunu itirib. Ona stadionda ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Futbolçunun vəfatı ilə əlaqədar olaraq həftəsonu Argentina çempionatının bütün matçları bir dəqiqəlik sükutla başlayacaq.
DOSTLARINLA PAYLAŞ: