Futbolçu matç zamanı hakimin şortunu çıxardı
28 Dekabr 2010 Çərşənbə Axşamı 16:15
Hadisə Braziliyada keçirilən xeyriyyə matçında yaşanıb
Braziliyalı futbolçu Karlos Alberto futbol oyunu zamanı hakimin idman şortunu aşağı çəkib. Hadisə Rio-de-Janeyro şəhərində keçirilən xeyriyyə matçında yaşanıb.

Futbolçu hakimlər briqadasının çıxardığı qərardan narazı qalaraq onlara bu şəkildə etiraz edib. Hakim Karlos Albertonu hərəkətinə görə cəzalandırmayıb.

Maraqlı hadisə baş verən xeyriyyə matçı “Zikonun dostları” və “Tulionun dostları” şərti komandaları arasında oynanılıb. “Zikonun dostları” rəqibi 8:6 hesabı ilə məğlub edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar