Futbolçu klubdan qaçdı
21 Dekabr 2009 Bazar Ertəsi 13:00
“Eskişehirspor”un oyunçusu Youla bir daha Türkiyəyə dönməyəcəyini bildirib
Türkiyənin “Eskişehirspor” klubunda forma geyən Qvineyalı futbolçu Youla ölkəsinə qaçıb. Bu gün klub rəhbərliyindən ölkəsinə getmək üçün icazə istəyən futbolçu mənfi cavab alıb.

Bundan sonra futbolçu əşyalarını toplayıb icazəsiz olaraq Türkiyəni tərk edib. Youla “bir daha buraya dönmərəm” deyib.

“Eskişehirspor” klubu rəsmiləri isə Youlanın icazəsiz olaraq komandanı tərk etdiyinə görə cəzalanacağını bildiriblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar