Futbolçu Julio Sezar avtomobil qəzasına düşüb
22 Fevral 2010 Bazar Ertəsi 20:00
Julio Sezarın üzündə sıyırıqlar olduğu bildirilir
Milanın “İnter” klubunun qapıcısı Julio Sezar avtomobil qəzasına düşüb. Klubun verdiyi açıqlamada idmançının futbol təliminə gələrkən avtomobil qəzasına düşdüyü təsdiqlənib.

“Lamborghini” markalı idman avtomobilində idarəetməni itirərək qəzaya uğrayan futbolçunun üzündə sıyırıqlar olduğu söylənilir.

“A seriyası”nda lider olan “İnter” bu həftə Çempionar Liqasının 16-cı turu çərçivəsində “Çelsi”ni qonaq edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar