Futbolçu"donuz qripi"nə yoluxub
01 Fevral 2011 Çərşənbə Axşamı 16:25
Rusiyanın "Tom" klubunun legioneri Kim Nal İlin artıq sağaldığı bildirilir
Rusiyanın “Tom” klubunun futbolçusu “donuz qripi”nə yoluxub. ANS PRESS-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, A/H1N1 virusuna koreyalı legioner Kim Nal İl tutulub.
Klubun baş məşqçisi Valeri Nepomnyaşinin sözlərinə görə, futbolçu xəstələndiyi üçün “Tom”un Türkiyənin Belek bölgəsində baş tutan təlim-məşq toplanışının ilk mərhələsində iştirak edə bilməyib.
Bu müddət ərzində Kim Nal İlin hospitalda müalicə olunduğu bildirilir. Futbolçu artıq sağalaraq komandasını təlim-məşq toplanışının ikinci hissəsinə qatılıb.
DOSTLARINLA PAYLAŞ: