Futbolçu Devid Bekhem xəstə olduğunu etiraf etdi
04 Dekabr 2009 Cümə 16:00
Devid Bekhem uzun müddətdir ki, astmadan əziyyət çəkir
İngiltərə yığma komandasının futbolçusu Devid Bekhem astma xəstəsi olduğunu etiraf edib. Futbolçu İngiltərə yığmasında komanda yoldaşı olan Pol Skoulzun da astma olduğunu bildirib.
“Mən heç vaxt astmadan əziyyət çəkdiyimi gizlətməmişəm. Hərdən özümü yaxşı, hərdən də pis hiss edirəm. Mən bu xəstəliklə uğurla mübarizə aparıram”-deyə Devid Bekhem bildirib.

34 yaşlı futbolçu mütəmadi olaraq siqar çəkməsi haqqında yayılan şayiələri isə inkar edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar