Futbolçu Anelka vergi ödəməmək üçün vətəninə dönmək istəmir
17 Dekabr 2009 Cümə Axşamı 17:20
Futbolçu Anelka vergi ödəməmək üçün vətəninə dönmək istəmir. Anelka bir daha Fransa çempionatında top qovmayacaq.
İngiltərənin “Çelsi” klubunun hücumçusu Nikolya Anelka karyerası ərzində heç vaxt Fransa çempionatında forma geymək istəmədiyini bəyan edib. Futbolçu bunu Fransada vergilərin yüksək olması ilə əlaqələndirib.
“Mən bir daha Fransa çempionatında çıxış etmək istəmirəm. Burada fərqli vergiödəmə sistemi mövcuddur. Mən gəlirimin 50 faizini dövlətə keçirtmək istəmirəm”, - deyə Nikolya Anelka bildirib.
Futbolçu fransız azarkeşlərini də xoşlamadığını vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: