Futbol yığmamız qalib gəldi
11 İyun 2010 Cümə 11:25
17 yaşlı futbolçularımız moldovalı həmyaşıdlarını məğlub ediblər.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Moldovada beynəlxalq turnirdə iştirak edir. Komandamız turnir çətçivəsində ikinci oyununu ev sahibi komandaya qarşı keçirib.

AFFA-dan verilən məlumata görə, Kişinyov şəhərinin “Zimbru” stadionunda baş tutan oyunda komandamız rəqibini 3:2 hesabı ilə məğlub edib.

Xatırladaq ki, ilk oyunda futbolçularımız belaruslu həmyaşıdlarına 2:4 hesabı ilə uduzmuşdular. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar