Futbol yığmamız növbəti rüsvayçılığa imza atıb
24 İyun 2010 Cümə Axşamı 16:55
Komandamız İsveç yığmasına 0:17 hesabı ilə məğlub olub.
Qadınlardan ibarət yığma komandamız növbəti rüsvayçılığa imza atıb. Komandamız Dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsveç yığma komandası ilə görüşdə 17:0 hesabı ilə məğlub olub.

İlk oyunda da qadın futbolçularımız Belçika kollektivinə böyük hesabla uduzmuşdular. Belçikalılar komandamızın qapısından 11 top keçirmişdilər.

Beləliklə, qadınlardan ibarət yığma komandamız iki oyunun nəticəsinə görə qapısında 28 top görərək, rəqib qapıçılarını bir dəfə də olsun, məyus edə bilmədi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar