Futbol üzrə qızlardan ibarət yığmamız yenə uduzdu
22 Mart 2013 Cümə 03:15
Azərbaycanın qızlardan ibarət U-17 komandası İsrail yığması ilə qarşılaşıb.
UEFA tərəfindən Yunanıstanda təşkil olunmuş beynəlxalq turnirdə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması ötən gün İsrail komandası ilə qarşılaşıb. ANS PRESS “AFFA”nın rəsmi internet saytına istinadən xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə İsrail yığmasının xeyrinə başa çatıb.

Xatırladaq ki, bir gün əvvəl ilk oyunda Yunanıstan yığması ilə qarşılaşan millilərimiz 0:7 hesabı ilə məğlub olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar