Futbol üzrə dünya çempionatı Hindistanda keçirilə bilər
11 Yanvar 2011 Çərşənbə Axşamı 16:00
FİFA prezidenti Yozef Blatter bunu istisna etmir.
FİFA prezidenti Yozef Blatter 2026-cı il futbol üzrə dünya çempionatının Hindistanda təşkil edilə biləcəyini istisna etməyib. Blatter əhalisinin çoxluğuna baxmayaraq Hindistanın sabit iqtisadiyyata malik olmasını və əhalisinin futbola maraq göstərməsini xüsusi vurğulayıb.
FİFA rəhbəri bütün bu amillərin Hindistanın namizədliyinin lehinə işləyən faktorlar olduğunu vurğulayıb. FİFA rəhbəri 2026-cı il mundialına namizəd ölkələr sırasında Avstraliyanın adını göstərsə də, Hindistanın şanslarını daha yüksək qiymətləndirib.
“Əhalisi 1,2 milyard olan Hindistan həm futbol baxımından, həm də iqtisadi baxımdan yeni bir bazardır”, - deyə Yozef Blatter bildirib.
Xatırladaq ki, 2026-cı il Dünya Çempionatının təşkilatçılığına iddia edən Hindistanın futbol yığması FİFA reytinqində 142-ci sırada qərarlaşıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: