Futbol üzre Dünya Çempionatı bilet qiymeti?
20 İyul 2013 Şənbə 10:21
Final matçı üçün də ən ucuz və ən baha bilet qiymətini bildirib: 440 dollar və 990 dollar.
FİFA Braziliyada keçiriləcək Futbol üzrə Dünya Çempionatı biletlərinin qiymətlərini elan edib. Beynəlxalq azarkeşlər üçün ilkin qrup oyunlarına biletlərin qiyməti 90 dollardan başlayacaq.
Beynəlxalq futbol federasiyası – FİFA həmçinin iyulun 13-də keçiriləcək final matçı üçün də ən ucuz və ən baha bilet qiymətini bildirib: 440 dollar və 990 dollar.

Dünya çempionatı gələn il iyunun 12-də San Pauloda başlanacaq. Biletlər satışa avqustun 20-dən buraxılacaq.
Azərkeşlərin bilet sifariş etmək üçün oktyabrın 10-dək vaxtları var. Sifariş edənlər üçün biletlər püşk əsasında satılacaq.
Sifarişli biletlərin satışı qurtarandan sonra, əgər varsa, biletləri kassalardan almaq olar. Ümumilikdə, 3 milyon bilet satışa çıxarılacaq. Braziliyalı azarkeşlər üçün biletlərin qiyməti 15 dollardan başlayacaq. Bu qiymətə biletləri yalnız tələbələr, yaşı 60-dan yuxarı olanlar və sosial təminat sistemindən maliyyələşənlər ala biləcəklər. Qalan braziliyalılar üçün ən ucuz bilet 30 dollara olacaq.

2010-cu ilin Dünya Futbol Çempionatında ən ucuz bilet 20 dollara idi. Bundan əvvəl FİFA vəd etmişdi ki, Braziliya çempionatı üçün biletlər tarixən ən ucuz qiymətə satılacaq. Azı 400 min bilet braziliyalılar üçün saxlanacaq.
50 min bilet isə çempionatla bağlı tikintilərdə iştirak etmiş inşaatçılar üçün nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar