Futbol üzrə Azərbaycan milli çempionatı başlayır
06 Avqust 2010 Cümə 18:15
Sabah Azərbaycanda futbol üzrə növbəti milli çempionat başlayır. Apasport.az saytının məlumatına görə, XIX ölkə çempionatının startının Gəncədə verilməsi diqqət çəkir.
Sabah üç oyun keçiriləcək. Çempionata isə saat 18.00-da başlayacaq “Gəncə”-“Simurq” görüşü ilə start veriləcək. Dörd illik fasilədən sonra güclülər dəstəsinə qayıdan Gəncənin yeni mövsümə start verməsi futbolsevərləri sevindirməyə bilməz. “Bakı”nın baş məşqçisi kimi tanınan, Azərbaycan çempionluğunu qazanan makedoniyalı Qyoko Hacıyevski “Simurq”un çalışdırıcı kimi rəsmi debütünü Nizami yurdunda edəcək.
Lənkəranda isə iki əcnəbi mütəxəssis debüt edəcək. “Xəzər Lənkəran” rumıniyalı Mirça Rednik, “Qəbələ” isə əfsanəvi ingilis futbolçu Toni Adamsla yola başlayır. Almaniyalı Vinfred Şafer isə fasilə müddətində gəlsə də, Avroliqada Çernoqoriyanın “Buduçnost” klubu ilə görüşdə siftə edib. Onun çempionatımızda ilk oyunu yeni adla çıxış edən komandaya qarşı olacaq. Məlum olduğu kimi, əvvəl “Olimpik”, daha sonra “Olimpik-Şüvəlan” adlanan komanda əsas sponsoru olan AZAL-ın adını daşıyacaq.
Sözsüz ki, turun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bütün milli çempionatlarımızda iştirak edən əzəli rəqiblər – “Neftçi” ilə “Qarabağ”ın görüşü maraqla gözlənilir. Mövsümlərarası fasilədə heyətini xeyli gücləndirən, heyətində böyük dəyişiklik edən, İqor Mitrevski, Emil Mpenza kimi tanınmış futbolçuları transfer edən “Neftçi” Avroliqada gözəl çıxışı ilə hamımızı sevindirən “Qarabağ”ı qonaq edəcək. “Ağ-qaralar”ın müəyyən fasilədən sonra Respublika stadionuna qayıtması görüşə marağı artırır.
Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan MOİK stadionunda yenidənqurma işləri getdiyindən “Qarabağ” kimi bir müddət rəqiblərini Tofiq İsmayılov adına Suraxanı stadionunda qəbul edəcək. Son çempionumuz “İnter” isə yeni mövsümü Tovuzda açacaq. Sakit Alıyev iki ildən sonra “Turan”ın baş məşqçi postuna qayıdışında çətin sınaqla üzləşib.

Unibank Premyer Liqası
I tur
7 avqust
18:00. “Gəncə” – “Simurq”

Hakimlər: Ceyhun Haşımov, Vaqif Musayev, Munis Abdullayev, Teymur Fərhadov
Gəncə. Şəhər stadionu

20:00. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Eldar Nağıbəyov, Əmrah İbrahimov
Lənkəran. Şəhər stadionu

20:00. “Bakı” – AZAL
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Orxan Məmmədov, Hacıəli Ağayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

8 avqust
18:00. “Turan” – “İnter”

Hakimlər: Elnur Muradov, Aleksandr Musatkin, Samir Hacıyev, Ramil Diniyev
Tovuz. Şəhər stadionu

18:00. MOİK – “Muğan”
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Mübariz Haşımov, Rauf Cabbarov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

20:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Fariz Yusifov, Roman Vasilyev, İlham Əliyev, Elvin Əsgərov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar