Futbol tarixində görünməmiş cəza
11 İyun 2010 Cümə 13:00
Françesko Flaki kokaindən istifadə etdiyi üçün 12 il diskvalifikasiya edilib.
İtaliyanın “Breşia” klubunun futbolçusu Françesko Flaki kokaindən istifadə etdiyi üşün 12 illik diskvalifikasiya edilib.

Bu qərarı İtaliya antidopinq komitəsi futbolçunun qanından nümunə götürdükdən sonra qəbul edib. Bununla da 35 yaşlı Flakiyə 2022-ci ilədək peşəkar futbol qarşılaşmalarında iştirak etmək yasaq olunub.

Xatırladaq ki, Françesko Floki “Sampdoriya” klubunun formasını geyindiyi zaman 2007-ci ildə eyni ittihamla 16 ay futboldan kənarlaşdırılmışdı. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar