Futbol tariximizdə daha bir qara səhifə
02 Sentyabr 2011 Cümə 10:09
21 yaşadək futbolçularımız bu dəfə İngiltərədə rüsvay olublar
Azərbaycan futbol tarixinə növbəti qara səhifə yazılıb. Futbolumuzun gələcəyi sayılan 21 yaşadək futbolçulardan ibarət yığma komanda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İngiltərə kollektivi ilə üz-üzə gəlib.

ANS PRESS-in məlumatına görə, qarşılaşma ada təmsilçilərinin 6:0-lıq qələbəsilə yekunlaşıb. Komandamızın qapısına iki dəfə Douson və Lansbari, hərəyə bir dəfə isə Vaqhorn və Henderson yol tapıb.

Qrupumuzda yer alan digər iki komandanın görüşündə isə İslandiya kollektivi Belçikadan 2:1 hesabı ilə üstün olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar