“Panatinaikos” – “Olimpiakos” qarşılaşması yarımçıq dayandırılıb.
Yunanıstan çempionatının mərkəzi qarşılaşması sayılan “Panatinaikos” - “Olimpiakos” matçı yarımçıq dayandırılıb. ANS PRESS-in məlumatına görə, buna səbəb azarkeşlərin matçın keçirildiyi stadionda iğtişaş yaratması olub.
“Panatinaikos”un ev oyunlarını keçirdiyi stadionda oynanılan qarşılaşmanı baş hakim bir neçə dəfə yarıda saxlayıb. Matç zamanı yunan polisi ilə futbol xuliqanları arasında toqquşma baş verib. Xuliqanlar stadionun tribunaları və elektron tablonu yandıraraq polislərə daş, şüşə qab və yandırıcı vasitə atıblar.
Polis isə azarkeşləri sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə edib. Nəticədə derbinin baş hakimi matçın bitməsinə 9 dəqiqə qalarkən oyunu yarımçıq dayandırıb. Həmin dəqiqə hesab “Olimpiakos”un xeyrinə 1:0 imiş.