Futbol oyunu tarixə düşdü
    31 Dekabr 2009 Cümə Axşamı 12:35
    “Qlazqo Reyncers” çempionat oyununda 7:1 hesabı ilə qələbə qazanıb
    
                	 
    
         Şotlandiya çempionatının son turunda baş tutan “Qlazqo Reyncers” – “Dandi Yunayted” qarşılaşması futbol tarixinə düşüb. 
7:1 hesabı ilə “Qlazqo Reyncers”in xeyrinə başa çatan matçda Kris Boyd 5 qola imza atıb. Futbolçu bununla da, 160-cı qoluna imza ataraq “Seltik”in əfsanəvi futbolçusu Henrik Larssonu geridə qoymağa müvəffəq olub. 
Larssson buna qədər 158 qolla Şotlandiya çempionatının 2-ci ən yaxşı bombardiri sayılırdı. Şotlandiya çempionatının bütün dövrləri ərzində ən məhsuldar oyunçusu isə 410 qola imza atmış Cimmi MakQroridir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: