Futbol meydanı döyüş rinqini xatırlatdı
    19 Fevral 2010 Cümə 13:10
    “Atletik” – “Anderlext” matçında azarkeşlərin kütləvi davası qeydə alınıb
    
                	 
    
         UEFA Avropa Liqası turniri çərçivəsində dünən baş tutan “Atletik” – “Anderlext” qarşılaşmasında hər iki klubun azarkeşləri arasında kütləvi dava düşüb. Hakimin final fitindən sonra bask və belçikalı azarkeşlər meydana daxil olaraq bir-birlərinə yumruq və təpik zərbələri endiriblər. Bu məsələ ilə bağlı UEFA-nın çıxaracağı qərar maraqla gözlənilir. 
Xatırladaq ki, Bilbao şəhərində baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: