Futbol klubunun direktoru həbs olundu
15 Dekabr 2009 Çərşənbə Axşamı 16:10
Antonio Ciraudo 3 il müddətinə azadlıqdan məhrum edilib
İtaliyanın "Yuventus" klubunun sabiq icraçı direktoru Antonio Ciraudo Neapol məhkəməsinin qərarı ilə 3 il müddətinə həbs olunub. Futbol mütəxəssisi dələduzluqda ittiham olunur. Prokurorluq Antonio Ciraudoya 5 il həbs cəzası tələb etsə də, məhkəmənin qərarı ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Ciraudodan başqa hakim Titiano Pierri 2 il 4 ay, İtaliya Futbol Asossasiyasının keçmiş prezidenti Hulio Vanezze və daha bir keçmiş ədalət təmsilçisi Paolo Dondarini 2 il müddətinə azadlıqdan məhrum olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar