Futbol klubu 1,5 yaşlı körpə ilə müqavilə imzaladı
27 Aprel 2011 Çərşənbə 17:30
Berke van der Mey adlı uşaq Hollandiyanın “Venlo” klubunun üzvü olub
Hollandiyanın “Venlo” futbol klubu yaş yarımlıq körpə ilə 10 illik müqavilə imzalayıb. ANS PRESS-in “The Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, yaş yarımlıq Berke van der Mey adlı körpə videoçarxı “YouTube” videoportalına yerləşdirildikdən sonra məşhurlaşıb.
Videoçarxda uşaq oyuncaq qutusuna topu zərbə ilə vuraraq salır. Körpənin valideynləri “Venlo” klubunun çılğın azarkeşləri olduğu üçün klub uşaqla rəmzi müqavilə imzalamaq qərarına gəlib.