Futbol həftəsi turnirinə yekun vurulub
30 Aprel 2011 Şənbə 19:43
Futbol həftəsi turnirinə yekun vurulub. Peşəkar klublar arasında “Qarabağ” komandası qalib gəlib.
“Şəfa” stadionunda Xüsusi Olimpiya Komitəsinin və “İnter” klubunun təşkilatçılığı ilə keçirilən “Futbol həftəsi” turnirinə yekun vurulub. 4 kateqoriya üzrə keçirilən turnirdə birinci divizionda əqli cəhətdən məhdud olan yuxarı, ikinci divizionda aşağı yaş kateqoriyalı oğlan və qızlar, üçüncü divizionda internat və xüsusi məktəblərin qızları, dördüncü divizionda isə peşəkar futbol klublarının komandaları mübarizə aparıblar.

Birinci divizionda 1 nömrəli Sabunçu rayon orta məktəbinin, ikinci divizionda 14 saylı Qaradağ rayon xüsusi orta məktəbinin komandası qalib olub. Qızlar arasında ilk pilləni 16 nömrəli Xəzər rayon xüsusi internat məktəbinin komandası tutub. Peşəkar klublar arasında isə “Qarabağ” komandası qalib gəlib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar