Futbol həftəsi turniri keçiriləcək
26 Aprel 2011 Çərşənbə Axşamı 22:47
Futbol həftəsi turnirinə sabah start veriləcək.
Aprelin 27-29-da “Şəfa” stadionunda Azərbaycan Xüsusi Olimpiya Komitəsi (XOK) və “İnter” klubunun təşkilatçılığı ilə “Futbol həftəsi” turniri keçiriləcək. Avropa futbol həftəsi çərçivəsində təşkil olunacaq turnirdə Bakı, Abşeron, Sumqayıt xüsusi, yardımçı məktəb və internatlarının 20-dən çox kollektivləri, o cümlədən “İnter”, “Neftçi”, “Qarabağ”, AZAL, Mehdiabad Peşakar İdman Klubunun və SOS Uşaq Kəndinin yeniyetmələrindən ibarət komandaları da iştirak edəcək.
Yarışların qalibləri və mükafatçıları XOK, AFFA və “İnter” klubunun təsis etdiyi kuboklar, medallar, diplomlar və hədiyyələrlə mükafatlandırılacaq.

Bu turnir 2012-ci ildə Avropa Xüsusi Olimpiya Komitəsi tərəfindən keçiriləcək beynəlxalq yarışlara seçmə xarakter daşıyır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar