Futbol geyimlərinin satışından ən çox gəlir əldə edən klublar
23 Fevral 2011 Çərşənbə 17:16
Siyahıda Türkiyənin "Fənərbaxça" klubunun adı da var
Avropa futbolunda ötən mövsüm lisenziyalı idman geyimi satışından ən çox gəlir əldə edən futbol klublarının adları açıqlanıb. ANS PRESS-in “CNNTurk.com”a istinadən verdiyi məlumata görə, Avropanın beş ən böyük liqasının klublarının forma satışından əldə etdikləri gəlir 631 milyon avroya çatıb.
İspaniya çempionatında çıxış edən klubların forma satışlarından əldə etdikləri gəlir 190 milyon avro təşkil edib. İngiltərə klublarının forma satışından qazancları isə 168 milyon avro olub.
Avropanın futbol geyimi satışından ən çox gəlir əldə edən futbol klublarının siyahısını sizə təqdim edirik: “Real”, “Barselona”, “Liverpul”, “Bavariya”, “Marsel”, “Mançester Yunayted”, “Milan”, “İnter”, “Lion” və “Fənərbaxça”.
DOSTLARINLA PAYLAŞ: