Futbol federasiyası yandırıldı və milli kuboklar oğurlandı
10 Mart 2013 Bazar 04:58
MFF binasına daxil olan naməlum qrup federasiyanın kassasında olan külli miqdarda pulu da oğurlayıb.
Misirin paytaxtı Qahirədəki “Misir Futbol Federasiyası”nın (MFF) binasına girən naməlum qrup ölkə millisinin Afrika Milli Kubokunda (CAF) qazandığı 7 ədəd kuboku və bəzi plaketləri oğurlayıb. “Anadolu” agentliyinin (AA) məlumatına görə, Federasiyanın kassasında olan 885 622 dollar pulu oğrlayan qrup binanı da yandırıb. Binadakı əşyaların qarət edilməsi ilə yandırılmasının sadəcə 15 dəqiqə ərzində baş verdiyini deyən Federasiyanın prezidenti Sərvət Süleylim “əl Əhli” komandası azarkeşlərinin Federasiyaya daxil olduğunu gördüyü anda binanı tərk etdiyini bildirib.
Misir İdman naziri Məhəmməd Abbas baş verənlərə baxmayaraq futbol qarşılaşmalarının müəyyən edilən tarixdə keçiriləcəyini açıqlayıb.
DOSTLARINLA PAYLAŞ: