Futbol fanatı ölənədək döyüldü
30 Noyabr 2010 Çərşənbə Axşamı 17:15
Hadisə "Atletiko Mineyro" - "Kruzeyro" oyunundan sonra baş verib
Braziliyada futbol fanatı döyülərək öldürülüb. 19 yaşlı gənc “Atletiko Mineyro” və “Kruzeyro” klublarının azarkeşləri arasında baş verən dava zamanı dünyasını dəyişib. Onun başına küt alətlə çoxlu sayda zərbə vurublar. Davada hər iki tərəfdən ümumilikdə 50 fanat iştirak edib.

Həlak olan şəxsdən başqa davada daha iki nəfər xəsarət alıb. Xəstəxanaya çatdırılan həmin şəxslərin səhhətlərinin normal olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar