Futbol azarkeşləri teatrı yandırdılar
05 Fevral 2011 Şənbə 16:40
Hadisə teatrın vətəni olan Yunanıstanda baş verib
Yunanıstanın “Olimpiakos” klubunun fanatları rəqib komandaya həsr edilmiş tamaşa zamanı teatr binasını yandırıblar. ANS PRESS-in “Ria Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, 25-ə yaxın “Olimpiakos” fanatı Saloniki şəhərini təmsil edən PAOK klubuna həsr edilmiş tamaşa oynanacaq teatrın səhnəsinə od vurublar. Ultrafanatlar yandırıcı şüşə və linglərlə silahlanaraq birbaşa səhnəyə hücum çəkiblər. Onlar teatr binasına hücum edən zaman gözyaşardıcı qazdan da istifadə ediblər.

“Vəziyyət çox qorxulu idi.Onlar qarşılarına çıxan hər şeyi məhv edirdilər”, - deyə tamaşanın rejissoru Stavros Tsiolis bildirib. Fanatların teatr binasına hücumu zamanı tamaşaçılardan xəsarət alan olmasa da onlardan birinin qarət olunduğu qeyd edilir. Faktla bağlı Yunanıstan polisi cinayət işi qaldırılıb. Radikal fanatların saxlanılması üçün müvafiq tədbirlər həyata keçirilir.

Xatırladaq ki, Yunanıstan ən çılğın azarkeşləri olan Avropa ölkələrdən biridir. Bu ölkənin iki əsas klubu “Olimpiakos” və ”Panatinaikos” komandalarının görüşlərində çox vaxt insident yaşanır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar