Futbol azarkeşləri dalaşdı: 250 yaralı
11 Dekabr 2010 Şənbə 09:30
İordaniyada futbol oyunu zamanı insident yaşanıb
İordaniyanın paytaxtı Əmman şəhərində futbol azarkeşləri arasında dava düşüb. Toqquşma zamanı 250-dən çox şəxsin xəsarət aldığı bildirilir. Fanat qrupunun üzvlərindən biri insidentə polislərin məsələyə sərt müdaxilə etməsinin səbəb olduğunu bildirib.

Futbol komandalarından birini İordaniya ərəbləri, digərini isə əksəriyyəti fələstinli olan futbolçular təşkil edib.

Bu iki komandanın görüşləri zamanı çox vaxt azarkeşlər arasında insident yaşanır. Yaxın günlərdə İordaniya Futbol Federasiyasının İntizam Komitəsinin məsələyə münasibət bildirəcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar