Fuad İsmayılov: “Azlıqda qalmağımız bütün planlarımızı alt üst etdi”
23 Oktyabr 2010 Şənbə 22:55
“Neftçi” – “Gəncə” oyununda qapılara 8 qol vuruldu.
Unibank Premyer Liqasının X turunda "Gəncə" klubunu qəbul edən "Neftçi" rəqibinə 6:2 hesabı ilə qalib gələrək turnir cədvəlində mövqeyini qorudu. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “Gəncə” klubunun baş məşqçisi Fuad İsmayılov “Neftçi”ni təbrik edib: “Arif müəllimi qələbə münasibəti ilə təbrik edirəm. Meydanda azlıqda qalmağımız bütün planlarımızı alt üst etdi. Zura Dzamsaşvili bir sarı vərəqəsi olduğuna görə onu əvəz etdim, çünki daha da azlıqda qala bilərdik. Azər Məmmədovu isə məcburiyyətdən dəyişməyim oyunumuza təsir etdi”.

“Neftçi” klubunun baş məşqçisi Arif Əsədov son oyunda “Turan” ilə heç-heçədən sonra mətbuatda da xal itirməyə haqqlarının olmadığını deyib: "Bu oyuna çox yaxşı köklənmişdik. Heyətdə bəzi dəyişiklər etmişdim. Bu oyunda rəqiblə say baxımından bərabər olanda komandam daha yaxşı görünürdü. Rəqib qırmızı vərəqə aldıqdan sonra komandamda arxayınçılıq hiss olundu. İkinci hissədə elədiyim dəyişiklər komandaya əlavə güc qatdı. Açığı belə böyük qələbə qazanacağımızı gözləmirdim”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar