Freddi Borq AZALa gəlir
29 İyul 2013 Bazar Ertəsi 20:41
Samuel Barlay və Yuri Fomenkonu da sıralarımıza qatmışıq.
“Freddi Borqla artıq ilkin razılığa gəlmişik. Samuel Barlay və Yuri Fomenkonu da sıralarımıza qatmışıq”. Bunu apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

Premyer Liqada çıxış edən 10 komanda arasında ölkə xaricində toplanış keçməyən yeganə klub AZAL oldu. Komanda paytaxtda, daha dəqiqi, bazasının yerləşdiyi Şüvəlan qəsəbəsində hazırlıq keçməklə yeni mövsümə hazırlaşdı. “Təyyarəçilər” bu müddətdə 2 dəfə “Rəvan” (3:0 və 1:0), 1 dəfə isə “Sumqayıt” (0:0) və “Qaradağ Lökbatan”la (2:1) gücünü sınayıb.

Vaqif Sadıqovun sözlərinə görə, baxışda olan afrikalı futbolçular geri göndərilib: “Ağsu”dan gələn Natiq Kərimi hazırlıqlara başlayan ilk gündən bizimlə birgədir. Böyük ehtimalla, onu da saxlayacağıq. Ancaq baxışdakılardan PSJ-nin yetirməsi olan qabonlu hücumçu Jil Mbanq Ondo və eləcə də Ukraynanın “Stal” klubundan gəlmiş konqolu oyun qurucusu Burnel Okana-Stazini geri qaytarmalı olduq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar