Frayburq futbolçusu Ufuk Budak Azərbaycan millisində
01 Avqust 2011 Bazar Ertəsi 16:42
Ufuk Budak sabahdan etibarən yığmanın düşərgəsində olacaq.
Azərbaycan milli komandası bu gündən etibarən Bakıda təlim-məşq toplanışına başlayıb. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, hazırlıq prosesində iştirak etmək üçün millimizin düşərgəsinə daha bir futbolçu dəvət olunub.

Almaniyanın “Frayburq” klubunun üzvü Ufuk Budak sabahdan etibarən millinin düşərgəsində hazırlıq prosesində iştirak edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar