Fransa yığması başsız qaldı?
20 İyun 2010 Bazar 21:55
Fransa yığması başsız qaldı? Raymond Domenekin istefa verdiyi iddia olunur.
Fransa yığmasının baş məşqçisi Raymond Domenek istefa verib. Türkiyə mətbuatının yaydığı xəbərə görə, fransız mütəxəssis dünya çempionatında Meksikaya 0:2 hesablı məğlubiyyətdən sonra postundan ayrılıb. Buna həmin qarşılaşmanın ardından Domenekə edilən təzyiqlər səbəb olub.

Qeyd edək ki, mundialda ilk oyununu Uruqvaya qarşı (0:0) keçirən Fransa ardından Meksikaya uduzmuşdu. “Üçrənglilər” qrupda son matçını CAR millisinə qarşı keçirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar