Fransa millisi Rumıniya yığmasını məğlub etdi
10 Oktyabr 2010 Bazar 02:45
2012-ci il Avropa çempionatının seçmə mərhələsində iki oyun keçirilib. Fransa millisi Rumıniya yığmasını məğlub edib.
Fransa millisi futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə mərhələsinin D qrupundakı qarşılaşmada qalib gəlib.
Öz meydanlarında Rumıniya millisinin qapısından iki top keçirən fransızlar öz qapılarını toxunulmaz saxlaya biliblər. Oyunda qələbə dönüşünü baş məşqçi Loran Blan tərəfindən həyata keçirilən uğurlu oyunçu dəyişiklikləri təmin edib. Hesabı oyunun 83-cü dəqiqəsində cəmi 14 dəqiqə əvvəl meydana çıxan “Marsel”in hücumçusu Loik Remi açıb. 90-cı dəqiqədə isə “Lion”un yarımmüdafiəçisi Yoann Qurkyuff fərqlənib. O da qodan 16 dəqiqə əvvəl meydana çıxıb.
Bu qələbədən sonra üç oyundan 6 xal toplayan Fransa millisi D qrupunun lideridir. Hər birinə 5 xalq qazanan Albaniya və Beraus yığmaları isə sonrakı yerləri bölüşdürərlər. Seçmə mərhələsinə uğursuz başlayan rumınlar 2 xalla autsayderdirlər.
Günün digər qarşılaşması İsraildə keçirilib. F qrupunda mübarizə aparan İsrail və Xorvatiya milliləri qarşılaşıblar. Bu oyunda meydan sahibləri 1:2 hesabı ilə məğlub olublar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: